Ağdamda qadının evindən oğurluq edənlər tutuldu
Ağdam rayonunda oğurluq hadisəsinin üstü açılıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Ayaq Qərvənd qəsəbəsində baş verib.
Qəsəbə sakini Dilbər Əliyeva polisə müraciət edərək, evinə daxil olan şəxslərin oradan 900 manat oğurladıqlarını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbədə məskunlaşan Seyidli kənd sakini, 34 yaşlı Bəxtiyar Rəhman oğlu Hüseynov və Dilbər Əliyevanın qonşusu, Yeni Qaralar kənd sakini, 20 yaşlı Əhməd Habil oğlu Əhmədzadə şübhəli şəxs qismində saxlanılıb. Onlar ifadələrində oğurluq əməlini törətdiklərini etiraf ediblər.
Hazırda hər iki şəxsin digər oğurluq hadisələrində iştiraklarının olub-olmadığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
16:26
894
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
939
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
898
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
608
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
707
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
488