Ərdoğan "G20" sammitində Putin və Obama ilə iki dəfə görüşüb
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək üçün Rusiya və ABŞ həmkarlarının hər biri ilə əlavə danışıqlar aparıb.
APA TV-nin məlumatına görə, bu barədə NTV yerli telekanalın efirində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
“Rusiya və ABŞ prezidentləri ilə ikitərəfli görüşlərindən sonra Ərdoğan onlarla daha bir görüş keçirib. Ankara Türkiyə sərhədlərində terror təhlükəsinin ləğvi məsələsi ilə bağlı tam dəstək alıb. İndi bu zonanı genişləndirmək gərəkdir. Bu səbəbdən müxalifət qüvvələri yeni ərazilər azad edərək, Suriyanın dərinliyinə doğru irəliləyirlər”, - deyə Kalın bildirib.
Onun sözlərinə görə, hazırda İŞİD artıq Türkiyə sərhədləri üçün təhlükə yaratmır, çünki Suriya-Türkiyə sərhədinin 90 km-lik hissəsi terrorçulardan tam təmizlənib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı