XAÇMAZDA DƏHŞƏTLİ QƏZA - 2 nəfər öldü, 2 nəfər yaralandı
Oktyabrın 23-də axşam saatlarında Xaçmaz rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KamAZ” markalı yük maşını traktorla toqquşub, traktor isə “Moskviç” markalı avtomobilə dəyib. Qəza nəticəsində iki nəfər ölüb, 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Qəzada həlak olanlar “Moskviç”in sürücüsü Yaşar Kərimov və sərnişini Əlisman Musayevdir. Xəsarət alanlar isə 1966-cı il təvəllüdlü Quliyev Yaqub Əlif oğlu və 1989-cu il təvəllüdlü Muradov Alı Hüseyn oğlunun vəziyyəti orta ağırdır. Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:44
961
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
987
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1228
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2198
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2172
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
2001