Türkiyədə 8 millət vəkili məhkəməyə zorla gətiriləcək
Türkiyədə 8 millət vəkili məhkəməyə zorla gətiriləcək. APA TV-nin məlumatına görə, Diyarbəkir vilayətində aparılan KCK prosesinin ilk məhkəməsində hakim ittiham olunan 8 HDP-li millət vəkilinin məhkəməyə zorla gətirilməsinə qərar verib.
Diyarbəkir İkinci Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Osman Baydəmir, Ahmet Yıldırım, Besime Konca, Nadir Yıldırım, Alican Önlü, Çağlar Dəmirəl, Dirayet Taşdemir ve Selma Irmak prosesdə məcburən iştirak etməli olacaqlar.
Eyni zamanda məhkəmə təqsirləndirilən və aralarında HDP həmsədri Səlahəddin Dəmirtaş və qardaşı Nurəddin Dəmirtaşın da olduğu çoxlu sayda şəxsin həbs olunmasına kimi təxirə salınıb.
OXŞAR XƏBƏRLƏR
16:26
907
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
950
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
909
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
611
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
709
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
490