Zaqatalada qadın sürücü 74 yaşlı piyadanı vurdu
Zaqatalada qadın sürücü 74 yaşlı piyadanı vurub. APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saat 8:00 radələrində rayonun Suvagil kənd yolunda baş verib.
Suvagil kənd sakini 1966-cı il təvəllüdlü Xatirə Məmməd qızı Soltanova idarə etdiyi “VAZ-21099” markalı, 62 BF 988 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun döngə hissəsində anidən maşının qarşısına çıxan piyada, rayonun Gözbarax kənd sakini, 1942-ci il təvəllüdlü Cəbrayıl Əli oğlu İsayevi vurub.
Qəzadan sonra sürücü Xatirə Soltanova yoldakı adamların köməyi ilə xəsarət alan 74 yaşlı Cəbrayıl İsayevi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparıb. Xəstəxanadan APA TV-yə bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən Cəbrayıl İsayevə ağır qapalı kəllə-beyin travması və sol baldırın sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı