FETÖ-nün "Dəniz Qüvvələri imamı" həbs edildi
Türkiyədə FETÖ təhqiqatı çərçivəsində əməliyyatlar davam edir.
APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, terror təşkilatının Türkiyə Silahlı Qüvvələrində "Dəniz Qüvvələri imamı" olduğu iddia olunan Orhan Sipahioğlu Beykozda saxlanılıb.
Gebze Cümhuriyyət Baş Prokurorluğu tərəfindən haqqında açılan cinayət işinə görə yaxalanan Sipahioğlu dindirilmək üçün Gebze qəsəbəsinə gətirilib. O, qəsəbə bələdiyyə sədrinin sabiq müavini olub. Eyni zamanda köhnə FETÖ-çülərdən olduğu deyilir.
Qeyd edək ki, Orhan Sipahioğlunun adını uzun müddət Fəthullah Gülənin köməkçisi olmuş Nurəddin Veren telekanalların birində açıqlayıb. Veren bildirib ki, Orhan Sipahioğlu keçmiş FETÖ-çü və "Dəniz Qüvvələri imamı"dır.
OXŞAR XƏBƏRLƏR
16:26
909
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
951
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
910
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
611
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
709
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
490