Türkiyə Suriyadakı əməliyyatların ikinci mərhələsinə başladı
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsi başlayıb.
APA TV-nin Türkiyə mətbuatının istinadən verdiyi məlumata görə, bu dəqiqələrdə Türkiyə ordusuna məxsus 20 tank və 5 zirehli maşın Azad Suriya Ordusunun İŞİD terror təşkilatı ilə mübarizəsinə dəstək vermək üçün Kilis rayonunun Əlibəyli qəsəbəsindən sərhədi keçərək Suriyanın Çobanbəy (Rai) qəsəbəsinə daxil olub.
Tanklar irəliləyişi Fırtına özüyeriyən artilleriya qurğuları ilə İŞİD bu bölgədəki mövqelərinin atəşə tutulması ilə müşayiət edilir.
Qeyd edək ki, hazırda Türkiyə ilə sərhəddəki Çobanbəy qəsəbəsinin mərkəzi müxalif Azad Suriya Ordusunun nəzarətində olsa da, qəsəbənin ətrafındakı kəndlərə və ümumən bölgənin əsas qisminə İŞİD nəzarət edir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı