Bakıda mənzildən 7500 manat pul və 15 min manatlıq qızıl apardılar
Bakının Xətai rayonunda mənzildən oğurluq edilib. APA TV-nin xəbərinə görə, hadisə İlqar Zülfüqarov küçəsində baş verib.
29 saylı binada yaşayan Rüstəm Musayev polis idarəsinə ərizə ilə müraciət edib. Mənzilə baxış keçirən polis əməkdaşları naməlum şəxslərin zərərçəkənin evinə eyvandan daxil olduğunu müəyyən ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, oğrular mənzildən 7500 manat pul və 15 min manat dəyərində qızıl-zinət əşyaları aparıblar. Polis əməkdaşları evdən barmaq izləri götürüblər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
972
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1013
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
922
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
613
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
712
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
493