İslam Kərimovun dəfninin vaxtı və yeri açıqlandı
Özbəkistan prezidenti İslam Kərimov 78 yaşında vəfat edib. APA TV-nin məlumatına görə, bu barədə Özbəkistan hökuməti və parlamentinin yaydığı rəsmi məlumatda deyilir.
İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.
Daşkənd sakinləri şənbə günü səhər İslam Kərimovun cənazəsini Səmərqəndə aparan karvanı yola sala biləcəklər. Cənazə Daşkənd hava limanına aparılacaq və oradan Səmərqəndə yola salınacaq.
İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.
OXŞAR XƏBƏRLƏR
16:26
973
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1014
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
922
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
613
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
713
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
493