MHP-nin sabiq millət vəkili də FETÖ-çu çıxdı - HƏBS
Manisada FETÖ təhqiqatı çərçivəsində həbslər davam edir. APA TV-nin məlumatına görə, mülkiyyətlərinə həbs qoyulan və 21 gün öncə saxlanılan 13 vəkil ötən gün məhkəməyə cəlb olunub.
Onların içində MHP-nin sabiq millət vəkili və sabiq Manisa Vəkillər Kollegiyasının sədri Zeynəl Balkız da olub. Sabiq vəkillə birgə digər 9 vəkil haqqında həbs qərarı çıxarılıb, üç vəkil isə nəzarətdə saxlanılmaqla sərbəst buraxılıb.
Fəthullahçı Terror Təşkilatı ilə bağlantısı olmaqda şübhəli bilinərək saxlanılan yüksək rütbəli polis və iki müəllim də mühakimə olunub. Sağlamlıq yoxlamasından sonra həmin şəxslər haqqında həbs qərarı çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
16:26
965
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1006
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
921
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
613
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
712
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
493