Quba-Xınalıq yolunda körpü qəzalı vəziyyətə düşdü - TƏBİİ FƏLAKƏT
Ötən gün axşam saatlarında Quba rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib.
APA TV-nin şimal bürosunun məlumatına görə, Quba-Xınalıq yolunun 29-cu km-də körpü qəzalı vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti dayanıb. Ətrafdakı 7 kəndlə əlaqə kəsilib.
Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun verdiyi məlumata görə, güclü sel rayonun digər kəndlərində də fəsadlar törədib. Qonaqkənd, Cimi, Utuq kəndlərində evləri su basıb. Bəzi kəndlərdə işıq dirəklərini su aparıb və elektrik enerjisinin verilişində problemlər yaranıb.
Dəyən ziyanının araşdırılması və aradan qaldırılması üçün işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
16:26
967
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1008
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
921
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
613
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
712
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
493