Qafqaz Universitetinə yeni rektor təyin olundu
Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub.
APA-nın xəbərinə görə, bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib.
H.Məmmədov APA-ya faktı təsdiqləyərək bildirib ki, bu gün o, Qafqaz Universitetinin kollektivinə təqdim edilib.
Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək, universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib. Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.
OXŞAR XƏBƏRLƏR
16:26
982
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1023
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
925
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
614
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
713
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
493