Bakıda qızıl oğruları tutuldu - BİRİ QADINDIR
Bakıda mənzillərdən külli miqdarda qızıl və pul oğurlanıb.
APA TV-nin DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini Kamal Talıbova məxsus evdən 50 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nicat Abbasov tutulub.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinənlər paytaxt sakinləri Fərid Əhmədov və Nigar Ağayeva saxlanılıblar.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı