Bu gün Günəş tutulacaq
Bu gün 2016-cı ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, hadisə Bakı vaxtilə saat 11:13-də başlayıb, saat 17:00-da sona çatacaq, əsasən Afrika qitəsində, Hind okeanı hövzəsində, Atlantik okeanın bir hissəsində müşahidə olunacaq. Azərbaycandan isə bu təbiət hadisəsini müşahidə etmək mümkün olmayacaq.
2016-cı ilin ilk Günəş tutulması martın 9-da baş verib.
Qeyd edək ki, 2016-cı ilin mart ayında Ay tutulması da baş verib. Növbəti ay tutulması isə sentyabrın 16-da olacaq. Hadisə Azərbaycandan da müşahidə ediləcək.
OXŞAR XƏBƏRLƏR
16:26
982
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1023
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
925
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
614
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
713
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
493