Mişel Temer Braziliyanın yeni prezidenti oldu
Braziliyanın yeni prezidenti Mişel Temer vəzifəsinin icrasına başlayıb.
APA TV-nin Rusiya mətbuatına görə, yeni prezidentin andiçmə mərasimi ölkə konqresinin binasında təşkil olunub.
Mişel Temerin səlahiyyət müddəti 2018-ci ilədək davam edəcək. Bundan öncə 75 yaşlı Temer sabiq ölkə başçısı Dilma Russefin hökumətində vitse-prezident vəzifəsini tutub.
Bu arada, avqustun 31-də impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılan eks-prezident D. Russef tərəfdarlarını mübarizədən geri çəkilməməyə çağırıb.
Qeyd edək ki, sabiq prezidentin vəzifədən uzaqlaşdırılmasına onun ikinci prezidentlik müddətində yol verilən maliyyə pozuntuları səbəb olub. Burada söhbət büdcə vəsaitindən ölkə parlamentinin razılığı olmadan istifadə, eləcə də dövlət banklarına ödəmələrin gecikdirilməsindən gedir. Dilma Russefin özü isə ona qarşı yönələn ittihamları qətiyyətlə təkzib edir, parlamentin bu təşəbbüsünün siyasi sifarişli olduğunu deyir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı