Balakən-Bakı avtobusunda yanğın olub
Balakən-Bakı marşrutunda hərəkət edən sərnişin avtobusunda yanğın olub. APA TV-nin məlumatına görə, hadisə bu gün saat 12:25 radələrində Zaqatalanın Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. Soltan Bayramovun idarə etdiyi "Mersedes-Benz" markalı, 90-KF-403 dövlət nömrə nişanlı sərnişin avtobusunun təkərində anidən tüstülənmə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində təkərdə baş verən tüstülənmənin yanğına keçməsinin qarşısı dərhal alınıb. Hadisə zamanı avtobusda heyət üzvlərindən başqa heç kim olmayıb.
OXŞAR XƏBƏRLƏR
16:26
988
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1026
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
929
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
615
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
713
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
493