Şirvanda içərisində 43 min manat olan bankomat oğurlanıb
Şirvanda bir banka məxsus bankomat oğurlanıb. APA TV-nin yerli bürosuna verilən məlumata görə, gecə saat 4:30 radələrində Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində, M. Ə. Rəsulzadə küçəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub.
İlkin ehtimala görə, bankomatda 43 min manat olub. Oğrular bankomatın yerləşdiyi dəmir seyfin qapısını qıraraq qaynaq kəsici ilə pul kasetlərini götürüb, aradan çıxıblar.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən oğruların tutulması üçün əməliyyat planı hazırlanıb. Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.
OXŞAR XƏBƏRLƏR
16:26
988
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1026
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
929
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
615
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
713
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
493