Anasını döyən qardaşını öldürdü - AİLƏ FACİƏSİ
Azərbaycanda qardaş qardaşını qətlə yetirib. Sumqayıt Şəhər Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb. Novxanıda bağ evlərindən birində yaşayan 35 yaşlı Rəşad Oqtay oğlu Seyfəddinov mübahisə zəminində qardaşı, 37 yaşlı Tamerlanı başından çəkiclə vuraraq öldürüb. İlkin məlumata görə, R. Seyfəddinov qardaşını anasını döydüyü üçün öldürüb. Axşam evə gələn kiçik qardaş mərhum qardaşının anasının ünvanına nəlayiq sözlər işlətdiyinin şahidi olub. Sonra anasını döyməyə başlayıb, buna dözməyən Rəşad həyətdəki küt alətlə onun baş nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən Tamerlan hadisə yerində ölüb. Faktla bağlı 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi acılıb. Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R. Seyfəddinov saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI