Balakəndə iki "Jiquli" toqquşdu: ölən və yaralananlar var
Balakəndə baş verən yol qəzasında biri ağır olmaqla iki nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon sakini, 1956-cı il təvəllüdlü Aydın Nəbi oğlu Əliyev idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkət edən, Balakən rayonu Katex kənd sakini, 1992-ci il təvəllüdlü Elvin Abuzər oğlu Ölkəliyevin idarə etdiyi “VAZ 21015” lə toqquşub. Qəzadan sonra hər iki avtomobilin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Balakən RMX-dan verilən məlumata görə, yaralılardan Aydın Əliyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, buna rəğmən onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı Elvin Ölkəliyev cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı