Britaniyalı parlemantardan azərbaycanlı qaçqınlarla bağlı MESAJ
“Artıq Ağdam, Fizuli, Cəbrayıl və Zəngilan rayonlarının işğalından 20 il ötür. Aydın məsələdir ki, münaqişənin həllində az irəliləyiş olub”.
APA TV-nin xəbərinə görə, bunu Böyük Britaniyanın Leyboristlər Partiyasından olan millət vəkili Jerri Sutkliff Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab olaraq deyib. O bildirib ki, münaqişənin beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı prinsipinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən həll edilməsinə daha çox səy göstərilməlidir: “Azərbaycanda bir milyona yaxın məcburi köçkün var və mən Azərbaycana səfərim zamanı onları öz gözlərimlə görmüşəm".
Millət vəkili əlavə edib ki, bu insanların öz doğma evlərinə qayıtması beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI