Hacıqabulda istixanada narkotik becərənlər...
Hacıqabul rayonunda narkotik bitki becərməkdə şübhəli bilinən şəxs saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun İsmət Qayıbov küçəsi, 3 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Ələkbərov Salavat Xanlar oğlunun yaşadığı həyətin istixanasından 114 çətənə kolu, qurudulmuş marixuana və sənədsiz ov tüfəngi aşkarlanaraq polis əməkdaşları tərəfindən götürülüb.
Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Ekspertizanın rəyinə görə çətənə kolları aqrotexniki qaydada qulluq edilməklə becərilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
X. Ələkbərov əvvəllər quldurluq cinayəti törətdiyinə görə Rusiya Federasiyasında məhkumluq həyatı (4,5 il) yaşayıb.
OXŞAR XƏBƏRLƏR
16:26
997
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1035
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
939
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
618
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
715
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
495