Keçmiş məhkum vətəndaşı küçənin ortasında soydu - QAZAXDA
Qazaxda soyğunçuluq edən şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağköynək kənd sakini Məmməd Hacıalıyev polisə müraciət edərək bildirib ki, o, Qazax şəhərində Şıxlinski küçəsində yerləşən mağazaların birində ərzaq almaq istəyərkən naməlum şəxs onun əlində olan 200 manat pulu zorla alaraq öz avtomobili ilə ərazidən uzaqlaşıb.
Qazax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində soyğunçuluğu törədən, Ağstafa rayonu Qarahəsənli kənd sakini, 1966-cı il təvəllüdlü Arzu İskəndərov saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə A. İskəndərov bir neçə dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
997
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1035
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
939
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
618
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
715
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
495