Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi
Türkiyənin Azərbaycandakı səfirliyi ölkənin dövlət bayramı Zəfər bayramını qeyd edib. APA TV-nin məlumatına görə, bu bayramla əlaqədar səfirliyin əməkdaşları Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra isə Türkiyənin Azərbaycandakı səfirinin müavini Meral Barlas abidə önünə əklil qoyub.
Meral Barlas xatirə kitabına ürək sözlərini yazıb. Çıxışı zamanı xanım diplomat bu günün Türkiyə tarixində şanlı səhifə olduğunu bildirib. O, həmçinin Türkiyənin müstəqilliyi uğrunda vuruşmuş Azərbaycan əsgərlərinin xidmətlərini də qeyd edib.
Çıxışından sonra M. Barlas türk əsgərlərinin məzarları üzərinə gül dəstələri qoyub.
OXŞAR XƏBƏRLƏR
16:26
997
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1035
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
939
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
618
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
715
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
495