Lənkəranda toydan qayıdanlar qəzaya düşdülər: 1 ölü, 4 yaralı
Ələt-Astara yolunun 202-ci km-də, Lənkəranın Şiləvar kəndi ərazisində ağır yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, VAZ-2107 və "KamAZ" markalı bitum daşıyan avtosistern toqquşub.
İlkin məlumata görə, qəza VAZ-2107-nin ikinci dərəcəli yoldan "Kamaz"ın sürətlə hərəkətdə olduğu əsas yola çıxması nəticəsində baş verib.
Qəza nəticəsində 5 nəfər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Bunlar minik maşınının sürücüsü, Lerikin Piran kənd sakini, 51 yaşlı Məmmədov Əlimərdan Ayaz oğlu və avtomobildəki sərnişinlərdir. Həkimlərin səylərinə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.
VAZ-2107-dəkilərin toydan qayıtdığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
16:26
997
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1035
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
939
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
618
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
715
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
495