Türkiyədə daha bir sui-qəsd: Mete Yarar silahlı hücuma məruz qaldı
Türkiyədə istefada olan podpolkovnik, təhlükəsizlik məsələləri üzrə təcrübəli ekspert Mete Yarara sui-qəsd edilib. APA TV-nin məlumatına görə, Kadıköydə iki silahlı şəxs Mete Yarara hücum edib. Onlar xüsusi təyinatlı qüvvələrdə xidmət keçmiş sabiq hərbçiyə bir neçə atəş açıblar. Mete Yarar atəşə atəşlə cavab verib, qısa müddətli atışmadan sonra hücum edənlər qaçıblar.
Mete Yarar ona qarşı silahlı hücumun müxtəlif səbəbləri ola biləcəyini deyib, amma yekun nəticənin təhqiqatdan sonra məlum olacağını söyləyib.
Qeyd edək ki, Mete Yarar 15 iyul hadisələrindən sonra televiziya proqramlarında çıxış edərək hərbi çevrilişin pərdə arxasında qalan məqamlarını təhlil edir.
OXŞAR XƏBƏRLƏR
16:26
1001
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1037
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
942
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
618
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
715
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
495