Kürdəmir sakini narkotik satarkən ələ keçdi
Kürdəmirdə narkotik maddə alqı-satqısı ilə məşğul olan şəxslər tutulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, Kürdəmir rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında rayonun Sığırlı kənd sakini Fəqan Əlqiyas oğlu Əzizov şübhəli şəxs qismində saxlanılıb.
İlkin dindirmə zamanı məlum olub ki, F. Əzizov 22,97 qram qurudulmuş marixuananı hələlik istintaqa məlum olmayan mənbədən əldə edərək onun 5,31 qramını həmkəndlisi Ramal Vaqif oğlu Bəşirova 30 manata satıb. R. Bəşirov isə onu Karrar kənd sakininə Zəka Mazan oğlu Ramazanova 40 manata satarkən saxlanılıb. Polis əməkdaşları Fəqan Əzizovun yaşadığı ünvanda axtarış apararkən həyətdəki VAZ-2107 markalı avtomaşından 3 hissəyə bölünmüş ümumi çəkisi 17,66 qram olan narkotik vasitə aşkar edərək götürüblər. Faktla bağlı araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı