Siyəzəndə reyd: 20 sürücü cərimələnib
Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin Heydər Əliyev prospektində reyd keçirib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 20-yə yaxın sürücü inzibati qaydada cəzalandırılıb. Reyd zamanı sürət həddini aşan və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə daha çox rast gəlinib. İki sürücünün isə avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib. Bununla yanaşı reyd zamanı avtomobili sürücülük hüququ olmadan idarə edən iki nəfər də aşkarlanaraq barələrində inzibati qaydada protokollar tərtib edilib. Siyəzən Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi Əliağa Əsgərbəyli bildirib ki, bu kimi reydlərin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxarmaq, onların yarada biləcəyi yol nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı