Oğurluqla məşğul olan iki qadın ələ keçdi
Nizami və Sumqayıt rayon polis idarələri əməkdaşların keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda təqsirli bilinən qadınlar saxlanılıblar. APA TV-nin məlumatına görə, 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsalə Rzazadəyə məxsus evdən 55 manat pul və 800 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Minarə Məmmədova saxlanılıb. Qadın oğurluğu tamah məqsədi ilə törətdiyini etiraf edib.
Sumqayıt polisi isə axtarışda olan Südabə Şükürovanı saxlayıb. Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də şəhər sakini Aişə Məmmədliyə məxsus mağazadan qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Südabə Şükürova saxlanılıb. Hər iki şəxs ətrafında istintaq tədbirləri davam etdirilir
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı