Çində növbəti devalvasiya: yuan yenə ucuzlaşdı
Çinin Mərkəzi Bankı milli valyuta olan yuanın dollara nəzərən kursunu 0,55 faiz aşağı salaraq, 1 dollar üçün 6,6856 yuan səviyyəsində müəyyən edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, milli valyutanın kursundakı dəyişikliyə əsasən ABŞ Federal Ehtiyatlar Sistemi rəhbəri Canet Yellenin Mərkəzi Bank rəhbərlərinin konfransında etdiyi çıxışın Çin maliyyə bazarlarına göstərdiyi təsir səbəb olub.
Bu arada, İngiltərənin "Omni Partners" fondunun proqnozlarına görə, 2016-cı ildə yuanın dollara nisbətdə məzənnəsi ilkin olaraq 15 faiz, kredit bazarında böhran yaranarsa, daha kəskin səviyyədə aşağı enəcək.
Qeyd edək ki, ilin əvvəlində Çin valyutası öz tarixinin ən kəskin məzənnə azalmasını yaşayıb. Ötən həftə isə yuanın dəyəri son 5 ilin minimum səviyyəsinə enib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı