ABŞ YPG-yə dəstəyi dayandırıb - İDDİA
ABŞ PKK-nın Suriya qanadı olan YPG-yə Fəratın şərqinə çəkilmə təlimatı verib, həm də silah və kəşfiyyat dəstəyini kəsib. APA TV-nin xəbərinə görə, bu iddianı İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan Debka saytı irəli sürüb.
Nəşrin yazdığına görə, vitse-prezident Co Baydenin "Fəratın şərqinə çəkilin" mesajının ardından ABŞ-ın Suriya və İraq qüvvələrini idarə edən general Steohen Townsend YPG terrorçularına təlim keçən hərbçilərə bazalarına dönmək və dəstəyi kəsmək barədə təlimat verib.
Sayt həmçinin YPG-yə silah dəstəyi və kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırıldığını yazır. PYD lideri Salih Müslimə isə "Fəratın şərqinə çəkilmə tamamlandığı zaman dəstək yenidən başlayacaq" mesajı ötürülüb.
YPG içindən bəzi şəxslərin Türkiyə Ordusuna dirənmək üçün Fəratın qərbində qaldığı iddia olunur.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı