FETÖ üzvü olan daha bir polkovnik həbs olundu
Türkiyənin Şırnak vilayətinin Jandarma komandiri FETÖ əməliyyatları çərçivəsində həbs edilib. APA TV-nin xəbərinə görə, Şırnak Cümhuriyyət Baş Prokurorluğunun qərarı ilə vilayət Polis İdarəsinin Terrorla Mübarizə qrupu Jandarma komandiri polkovnik Sami Özturhan saxlanılıb. O, 15 iyul dövlət çevrilişinə cəhd prosesində günahkar bilinir.
Qeyd edək ki, sabiq hərbi prokuror Əhməd Zəki Üçok terror bölgəsində bir generalın PKK ilə gizli danışıqlara gedərək 60 hərbçini terrorçulara yem etdiyini deyib. O, Cənub-Şərqi Anadoluda yerləşən hərbi birləşmə rəhbərlərinin FETÖ-çü olub-olmadığına, PKK ilə əlaqələrinə dair araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
16:26
1004
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1041
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
944
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
620
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
715
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
495