Rəsul Çunayev Balakəndə izdihamla qarşılandı
Braziliyada Olimpiya Oyunlarında bürünc medal qazanan Rəsul Çunayev Balakənə gəlib. APA TV-nin məlumatına görə, Balakən rayonunun Qabaqçöl qəsəbəsində doğulub boya-başa çatan, Yunan-Roma güləşi üzrə 1-ci Avropa Oyunlarının qızıl mükafatçısı, Rio-2016 Olimpiya Oyunlarında bürünc medal qazanan Rəsul Çunayev Balakən şəhərinin girişində həmyerliləri tərəfindən böyük təntənə ilə qarşılanıb. Qarşılanma mərasimində çempionun yaxınları ilə birlikdə onun idman yoldaşları və rayon ictimaiyyəti iştirak edib.
Qarşılanma mərasimindən sonra Rəsul Çunayev və onun ailə üzvləri, yaxınları Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
Ona göstərilən sevgi və qayğıdan, ümumxalq məhəbbətindən razılığını dilə gətirən Rəsul Çunayev gələn yarışlarda ona göstərilən bu etimadı doğruldaraq bürün medalını qızılla əvəz etməyə çalışacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı