Bakı-Şamaxı avtomobil yolunun bir hissəsi 4 hərəkət zolaqlı olacaq
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3 - 15,1 km-lik ( 1.85 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib.
APA TV-nin məlumatına görə, layihə “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Dünya Bankı ilə imzalanmış "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində həyata keçirilir.
Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 1,85 km-lik hissəsi 4-6 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 29,5 m, yolun hərəkət hissəsinin eni 15 və 24 m, hərəkət zolaqlarının eni 3,75 və 4,5 m, ayrıcı zolağın eni isə 1 m təşkil edəcək.
Piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1,5 m enində səkilər, həmçinin Müşviq qəsəbəsində 2 ədəd yerüstü piyada keçidi inşa ediləcək.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4,5 m enində kollektor yolların inşası, Müşviq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinindrenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci km-lik ( 76 km )hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi də uğurla icra olunur. Yaxın müddət ərzində isə yolun 91-107 km-lik ( 16 km ) hissəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulub.
Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin yenidən qurulması turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı