Türkiyə PYD mövqelərinə zərbələr endirməyə başladı
Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qanadı olan PYD-nin mövqelərinə artilleriya zərbələri endirib. APA TV-nin xəbərinə görə, "Firat qalxanı" hərəkatının ardından İŞİD terrorçularının boşaltdığı ərazilərə PYD üzvləri yerləşməyə başlayıb. Terrorçular xəbərdarlıq edilmələrinə rəğmən Cerablus istiqamətində hərəkət edərək yeddi kəndi ələ keçiriblər. Bundan sonra Türkiyə-Suriya sərhədində yerləşən "Fırtına" topları PYD mövqelərinə zərbə endirib. Təhlükəsizlik qüvvələri terrorçuların Fərat çayının şərqinə çəkilmədiyi təqdirdə atəş zərbələrinin davam edəcəyini bildirib.
Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusuna aid döyüşçülərlə birgə Cerablusa "Fərat qalxanı" adlı əməliyyat keçirib. Əməliyyat nəticəsində Cerablus və ətrafındakı bir neçə kənd İŞİD terrorçularından azad edilib. PYD isə fürsətdən istifadə edərək İŞİD-dən boşalan kəndləri tutmağa başlayıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı