Somalidə Türkiyə səfirliyinin yaxınlığındakı restorana silahlı basqın: 6 ölü
Ötən gecə “Əş-Şəbab” terror qruplaşmasının üzvləri Somalinin paytaxtı Moqadişoda restorana hücum ediblər. APA TV-nin məlumatına görə, silahlı basqın nəticəsində azı 6 nəfər ölüb.
Məlumatda deyilir ki, terrorçular əvvəlcə Türkiyə səfirliyinin yaxınlığında yerləşən “Lido” çimərliyindəki restoranın qarşısında minalanmış avtomobili partladıblar. Daha sonra restorana hücuma keçərək atəş açmağa başlayıblar. Nəticədə 6 nəfər dünyasını dəyişib, onlarla insan yaralanıb.
Hələlik insidentin təfərrüatları açıqlanmır.
OXŞAR XƏBƏRLƏR
16:26
1048
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1084
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
952
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
623
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
717
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
497