Gəncə-Daşkəsən yolunda iki avtomobil toqquşub, xəsarət alan var
Gəncə-Daşkəsən yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb. “QAZel” markalı yük avtomobili ilə “VAZ2107”nin toqquşması nəticəsində “VAZ”da olan sərnişin, Bakı şəhər sakini 53 yaşlı Bənövşə Əhmədova xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
1050
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1086
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
952
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
623
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
717
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
497