"Nəslini kəsərəm" deyib qonşusuna 7 bıçaq vurdu
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadis' ötən axşam şəhərin Qurtuluş küçəsi ərazisində qeydə alınıb. Cəlilabad şəhər sakini Səid Əliyev şəxsi münasibətlər zəminində qonşusu, 21 yaşlı Məhəmmədəli Kərimliyə 7 bıçaq zərbəsi vuraraq ona ağır bədən xəsarətləri yetirib. Zərərçəkmişi yaxınları dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Burada onun yaraları tikilib, digər zəruri yardımlar göstərilib. Bununla belə vəziyyəti ağır qiymətləndirilir.
Zərərçəkmişin atası Süleyman Kərimov hadisənin təfərrüatlarını danışıb: "Oğlum pəncərənin qabağında dayanıb bibisi oğlu ilə zarafatlaşırmış. Bu, qonşunun xoşuna gəlməyib. Deyib ki, düşün aşağı, sizin nəslinizi kəsərəm. Küçədə 6-7 bıçaq zərbəsi vurub".
Hadisəni törətmiş Səid Əliyev isə saxlanılıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, zərərçəkmiş Məhəmmədəli Kərimli həm də ikinci qrup müharibə əlilidir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı