Atəşkəs rejimi yenə pozuldu
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
APA TV-nin nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın Noyemberyan rayonunun Berdavan, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Balacəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
OXŞAR XƏBƏRLƏR
16:26
1068
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1103
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
953
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
623
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
717
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
497