Nabranda iki nəfər dənizdə batdı
Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində iki nəfər dənizdə batıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Digah kənd sakinləri - 38 yaşlı Nəcəfov Roman Abdul oğlu və 40 yaşlı Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.
Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunub. Aparılan axtarışlar nəticəsində Roman Nəcəfov və Elman Ömərovun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
16:26
1068
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1103
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
953
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
623
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
717
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
497