RUSİYADAN QAYIDAN AZƏRBAYCANLILAR - Hava limanından reportaj
Rusiyanın iqtisadiyyatında önəmli yer tutan miqrantların sıxışdırılması, onların üstünlük təşkil etdiyi bazarların bağlanması və bunlar azmış kimi, cinayəti törətdiyi sübuta yetirilməmiş həmvətənimizə qarşı edilən kobud rəftarlar Rusiyadakı miqrantları əməlli başlı narahat edib. Moskva-Bakı təyyarə reysi ilə vətənə qayıdan azərbaycanlılar əsas iş yerləri olan bazarların bağlanmasından sonra vətənə qayıtmaq qərarına gəldiklərini söylədilər. Onlar sözlərinə görə, yüzlərlə miqrant həyatlarının təhlükəsizliyi və gələcəkləri naminə bu cür qərar verməyə məcbur olub.
Həmyerlimiz Orxan Zeynalovun moskvalı Şerbakovla bağlı cinayəti və onun ardınca baş verən Biryulevo etirazları fonunda paytaxt Moskvada qeyri-ruslara qarşı təqiblər baş alıb gedir.
Rusiyada yaşayan həmvətənlərimizin sayı 2 milyona yaxındır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI