Türkiyə tankları Suriyaya girdi, 81 hədəfə 294 atəş zərbəsi endirildi
Türkiyə Silahlı Qüvvələri Bakı vaxtı ilə 11.30 radələrində tank birləşmələrinin Suriya ərazisinə daxil olduğunu açıqlayıb. APA TV-nin məlumatına görə, sərhəddə sıfır nöqtəsində gözləyən çoxlu sayda tank Baş Qərargahın əmri ilə Cerablusa doğru hərəkət etməyə başlayıb. Tankların artıq Kəklicə kəndinə çatdığı, buradan İŞİD mövqelərinə zərbələr endirdiyi bildirilir. Hərbi mənbələr Azad Suriya Ordusunun tankların ardınca irəlilədiyini qeyd edirlər. Əməliyyat başladıqdan keçən 6 saat ərzində Türkiyə tərəfi "Fırtına" topları ilə 81 hədəfə 294 atəş açıb. Əməliyyata iki "F-16" təyyarəsi havadan dəstək verir. Türkiyə Silahlı Qüvvələri Cerablus əməliyyatında iştirak edən birləşmələrin adlarını da açıqlayıb. Açıqlamaya görə, əməliyyata piyada qoşunları, tank və artilleriya birləşmələri, istehkamçı birliklər, lojistik dəstək qrupları, pilotsuz uçuş aparatları və döyüş təyyarələri cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı