Gəncədə əməliyyat zamanı ölən qızın qohumları həkimləri döyüblər
Gəncədə 17 yaşlı qız əməliyyat zamanı ölüb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərdə yerləşən “Yeni Gəncə” tibb mərkəzində qeydə alınıb. Şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucova burun çəpərindən əməliyyat olunan zaman dünyasını dəyişib.
Mərkəzdən verilən məlumata görə, əməliyyatdan sonra qızın vəziyyəti pisləşib. Ona təxminən 30 dəqiqə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən A. Orucovanın qohumları əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Xəsarət alan həkim və anestezioloq reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.
OXŞAR XƏBƏRLƏR
16:26
1078
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1111
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
961
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
625
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
719
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
499