ABŞ bazara əlavə həcm çıxarır, neft yenidən ucuzlaşmağa başlayır
Neftin qiymətinə dair proqnozlar özünü doğruldub. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin qiyməti 1,4 dollar ucuzlaşıb. Bu, avqust ayı ərzində neftin ən kəskin ucuzlaşmasıdır. Hazırda birjalarda "Brent" neftinin bir bareli 48,73 dollardan satılır. Qərbi Texas nefti də ucuzlaşma trendinə girib. Oktyabr ayı üçün imzalanan müqavilələrdə WTİ neftinin bir bareli 46,87 dollardan təklif olunur.
Neftin kəskin ucuzlaşmasına səbəb ABŞ-ın şist neft hasilatçılarının açıqlamaları olub. ABŞ şirkətləri yeni yataqların işlənməsinə külli miqdarda investisiya yatırılacağını bəyan ediblər. Bu bəyanat treyderlər tərəfindən bazara əlavə neft həcminin daxil olacağı kimi dəyərləndirilib və qiymətlər ucuzlaşmağa başlayıb. Ekspertlərin fikrincə, OPEK-in sentyabrda keçiriləcək toplantısının gündəmi dəqiqləşərsə, neft yenidən bahalaşa bilər.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı