İran Həmədan hərbi bazasını Rusiya təyyarələri üçün bağlı elan etdi - QALMAQAL
İran Həmədan hərbi hava limanının Rusiya təyyarələri üçün bağlandığını açıqlayıb. APA TV-nin məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bildirib ki, Rusiyanın bu ölkə ərazisində hərbi hava limanı yoxdur: "Bu, İranın icazə verdiyi keçici bir haldır. Hələlik isə bu bazadan istifadə müddəti sona çatıb".
İranın qərbindəki Həmədan aviabazası ötən həftə Suriyada hava hücumları həyata keçirən Rusiya bombardmançılarının istifadəsinə verilmişdi. Bazanın Rusiyanın istifadəsinə verilməsi ilə İranda 1979-cu ildən sonra ilk dəfə başqa dövlətə ölkədəki hərbi təsislərdən istifadəyə icazə verilirdi.
İranın Konstitusiyasına görə, ölkənin hərbi bazalarından xarici ölkələrin istifadəsi qadağan olunsa da, hökumət bu addımın müvəqqəti əməkdaşlıq çərçivəsində atıldığını bildirirdi.
Rusiya təyyarələrinə Həmədan aviabazasından istifadəyə qadağa qoyulması qərarının İranın müdafiə naziri Hüseyn Dehqanın dünən İran Dövlət Televiziyasına açıqlamasından sonra verilməsi diqqət çəkib.
Hüseyn Dehqan Həmədan bazasının Rusiya təyyarələrinə açılmasının gizli qalmasının lazım olduğunu, ancaq Moskvanın buna əməl etməyib görüntü üçün xoşagəlməz formada mətbuata ötürdüyünü bildirib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı