Maşın dərəyə aşdı, sürücü və 6 aylıq körpəsi öldü - CƏLİLABADDA QƏZA
Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA TV-nin Cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Cəngən avtomobil yolunda qeydə alınıb. Cəlilabad şəhər sakini, 1979-cu il təvəllüdlü Firdovsi Kəmaləddin oğlu Məlikovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qəfildən idarəetməni itirərək yolun kənarındakı dərəyə aşıb. Çoxsaylı bədən xəsarətləri alan sürücü və onun 6 aylıq oğlu hadisə yerində ölüblər.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
1086
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1118
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
969
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
625
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
719
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
499