Mətin və Melisa - Azərbaycanda bu il ən qeyri-populyar uşaq adları
Azərbaycanda bu ilin 8 ayı ərzində yeni doğulan uşaqlara qoyulan adlar arasında populyarlıq qazanmayan adların siyahısı açıqlanıb.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, oğlan uşaqlarına qoyulan adlar arasında ən az populyarlıq qazanan ad Mətin adı olub. Mətin adı cəmi 72 uşağa verilib. Digər populyarlıq qazanmayan oğlan adları isə Ziya (73), Rəşad (73), Əbəlfəz (73), Eşqin (74), İlqar (75), Xəyal (78), Rafiq (78), Adil (78), Elnur (79) adlarıdır.
Qız adları arasında populyarlıq qazanmayan ad isə Melisa adıdır. Bu ad 53 uşağa qoyulub. Digər populyarlıq qazanmayan qız adları Gülnur (53), Məleykə (54), Elay (54), İlahə (56), Gülsüm (56), Cansu (56), Ruqəyya (57), Dilək (57), Səidə (58) adlarıdır.
Qeyd edək ki, il ərzində ən çox qoyulan oğlan adı Yusif (1841), qız adı isə Zəhra (1611) olub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı