Xuntaçı müşavirin yerinə təyin olunan general da FETÖ-çü çıxdı
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ədliyyə müşaviri, general-mayor Dinçer Ural Fəthullahçı Terror Təşkilatına üzv olması iddiası ilə həbs edilib. APA TV-nin məlumatına görə, Dinçer Ural bu vəzifəyə 15 iyul hadisələrindən sonra təyin olunmuşdu. O, ədliyyə müşaviri postunda silahlı çevriliş cəhdinin rəhbərlərindən polkovnik Muharrem Kösenin yerinə təyin olunmuşdu. Ural Dinçer buna qədər 1-ci ordu komandanlığında hərbi prokuror olub, Ali Hərbi Şuranın son iclasında rütbəsi artırılıb və general-mayor rütbəsi ilə Baş Qərargaha ədliyyə müşaviri təyin edilib. FETÖ ilə sıx əlaqələri olan yeni ədliyyə müşavirinin dünən axşam Ankarada həbs edildiyi, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
16:26
1097
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1129
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
980
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
627
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
722
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
501