Sabirabadda keçirilən "Qarpız festivalı"ndan möhtəşəm görüntülər
Sabirabadda Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər fondunun maliyyə dəstəyi və Sabirabad rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Qarpız festivalı” keçirilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad şəhərinin H. Əliyev adına istirahət parkında keçirilən festivalda qarpız üzərində bədii oyma sənətindən nümunələr, qarpızdan hazırlanmış 20 növ kulinariya məhsulu (qarpız mürəbbəsi, kompotu, turşusu, şərbəti, qarpızdan hazırlanan tort, cem, keks, dondurma, qarpız kababı, konservi, qarpızdan hazırlanan kokteyllər, qarpız şirəsi, salatı, qarpız sendviçi, qarpızlı soyuq çay, qarpız dadlandırıcıları, qurudulmuş qarpız tumlarından dəmlənmiş isti çay və s.) sərgilənib. Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” adlı əsərindən kiçik səhnəcik göstərilib, pəhləvanların başla qarpız sındırma yarışması keçirilib.
Daha sonra konsert proqramı ilə davam etdirilən tədbir atəşfəşanlıqla başa çatıb.
Tədbirdə tərəfdaş qurum olaraq Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Gənclər və İdman Nazirliyinin Sabirabad rayon gənclər və idman idarəsi iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı