Boksçumuz erməni rəqibinə qalib gəldi və finala yüksəldi
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışların davam edir. APA TV-nin məlumatına görə, Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxıb.
64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. Bütün görüş boyu rəqibindən üstün olan təmsilçimiz yekunda inamlı qələbəyə sevinib. O, erməni idmançını 3:0 (30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib.
Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq, boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmayıb.
Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.
Boks yığmamızın hesabında isə hələlik 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı