Prezident İlham Əliyev "Dədə Qorqud" parkında görülən işlərlə tanış olub
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 22-də paytaxtın Nərimanov rayonu ərazisində yeni salınan "Dədə Qorqud" parkında görülən inşaat işləri ilə tanış olublar. Dövlət başçısına bildirilib ki, parkda paytaxt sakinlərinin istirahəti üçün bütün lazımi şəraitin yaradılması istiqamətində işlər ardıcıl olaraq həyata keçirilir. İnşat işləri ilə yanaşı, parkda yeni yaşıllıq zolaqları salınır. Abadlıq və quruculuq işləri görülür. Parkda, Azərbaycan mədəniyyətinin nadir nümunəsi olan "Dədə Qorqud" dastanına ucaldılan abidə kompleksi üzərində tamamlanma işləri də həyata keçirilir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın ərazisini gəziblər. İnşaat işlərinin gedişi ilə maraqlanıblar. Dövlət başcısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"